Operativ Məlumat Mərkəzi

Sabah 35 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq, külək əsəcək

2 dəq
Paylaş:
Sabah 35 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq, külək əsəcək

Sabah 35 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq, külək əsəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, çaxacağı ehtimalı var. Şimal-qərb gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-55 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax