Operativ Məlumat Mərkəzi

Rüşvət alan gömrükçü barədə - Yeni xəbər

2 dəq
Paylaş:
Rüşvət alan gömrükçü barədə - Yeni xəbər

almaqda təqsirləndirilən vəzifəli şəxsin məhkəməyə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Baş Prokurorluğun xidmətinə istinadən xəbər verir ki, Dövlət Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru Cavid Məmmədovun qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Cavid Məmmədovun ayrı-ayrı vətəndaşlara gömrük postundan keçid üzrə yoxlama prosedurlarının sürətli icra edilməsi, eləcə də pul vəsaitlərinin gömrük nəzarət postundan kənar keçirilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax