Operativ Məlumat Mərkəzi

Rusiyadan Azərbaycana 4 nəfər ekstradisiya EDİLDİ

2 dəq
Paylaş:
Rusiyadan Azərbaycana 4 nəfər ekstradisiya EDİLDİ
Xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq uğurla davam etdirilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun mətbuat...

Xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə uğurla davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, «Mülki, ailə və işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Respublikasının vətəndaşları Bolayev Fərid Rəşidoviç, Xəlilov Səməndər Sarif oğlu, Babayev Pənah oğlu və Məşədiyev İlham Qabil oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

"Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax