Operativ Məlumat Mərkəzi

"Rusiyadan Azərbaycan vasitəsilə yeni mal partiyalarının idxalı üçün müraciətlər var" - Paşinyan

2 dəq
Paylaş:
"Rusiyadan Azərbaycan vasitəsilə yeni mal partiyalarının idxalı üçün müraciətlər var" - Paşinyan

Rusiyadan Azərbaycandan keçməklə dəmir yolu ilə malların idxalı üçün yeni daxil olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistanın Nikol Paşinyan keçirdiyi brifinqdə ilk taxıl qatarının gəlməsini şərh edərkən bildirib.

Noyabrın 5-də axşam saatlarında Rusiyadan taxıl qatarı təxminən 35 ildə ilk dəfə Ermənistana gəlib. Qatar və Gürcüstan ərazisindən keçib.

"Əvvəlcə Qazaxıstandan qatarın gəlməsi planlaşdırılırdı, lakin sonradan məlum oldu ki, Azərbaycan da Rusiya yükləri üçün bu variantı təqdim edir. Hazırda bu marşrutla Rusiyadan müəyyən kateqoriyalı malların idxalı üçün müraciətlərə baxılır", - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, yüklərin Azərbaycan üzərindən Ermənistana çatdırılmasının yeni imkanları nəzərə alınmaqla yük axınları yenidən bölüşdürülür. Qazaxıstan qatarı gələnə qədər Rusiyadan əlavə yüklərin mümkünlüyünü istisna etməyib.

"Vəziyyət dinamikdir - yeni müraciətlər daxil olur. Həmçinin Ermənistandan Rusiya, Qazaxıstan və digər ölkələrə əks yük axınının necə təşkil oluna biləcəyini yoxlamaq lazımdır", - o əlavə edib.

Paşinyan dəmir yolu daşımalarının bərpasının mühüm hadisə olduğunu vurğulayıb və xatırladıb ki, Türkiyə və Azərbaycan yük maşınlarının Marqara-Kornidzor marşrutu ilə tranzitini təmin etməyə hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax