Operativ Məlumat Mərkəzi

"Rusiya Zaporojye AES-də terror aktı törətməyə hazırlaşır"

1 dəq
Paylaş:
"Rusiya Zaporojye AES-də terror aktı törətməyə hazırlaşır"

Rusiya atom stansiyasında radiasiyanın yayılmasına səbəb ola biləcək terror aktı törətməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Ukrainskaya Pravda" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə prezidenti Vladimir Zelenski bildirib.

O qeyd edib ki, buna dair məlumatları Ukrayna Xidməti və kəşfiyyatçılar əldə edib.

"Atom elektrik stansiyalarında heç vaxt, heç bir yerdə terror aktları olmamalıdır. Bu dəfə də Kaxovkada olduğu kimi olmamalıdır. Dünyaya xəbərdarlıq edilib, bu o deməkdir ki, dünya hərəkətə keçə bilər və bunu etməlidir", - Zelenski vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax