Əsas məzmuna keç

Rusiya XİN sülh müqaviləsi üçün şərtlərini açıqlayıb

Rusiya XİN sülh müqaviləsi üçün şərtlərini açıqlayıb

ilə müqaviləsinin imzalanması üçün bu dövlət olmalı, bloklara, o cümlədən NATO və Avropa İttifaqına (Aİ) üzv olmamalıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu nazirinin müavini Mixail Qaluzin deyib.

O bildirib ki, Ukrayna, həmçinin nüvə silahı əldə etməyəcəyini təsdiqləməlidir: “Həmçinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası, rusdilli vətəndaşların, rus dilinin və milli azlıqların hüquqlarının müdafiəsi, Rusiya ilə sərhəddən sərbəst gediş-gəlişin təmin olunması məcburi şərtdir. Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı təqiblər dayandırılmalıdır. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin dağıtdığı infrastruktur bərpa olunmalıdır”.

Nazir müavini iddia edir ki, Ukraynanın ilhaq və işğal olunmuş Krım, Donetsk Xalq Respublikası (DXR), Luqansk Xalq Respublikası (LXQ), Zaporojye və Xerson vilayətlərinin sakinləri öz talelələrini özləri müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…