Operativ Məlumat Mərkəzi

Rusiya və Ukrayna gecə qarşılıqlı zərbələr endiriblər

2 dəq
Paylaş:
Rusiya və Ukrayna gecə qarşılıqlı zərbələr endiriblər

Rusiya və silahlı qüvvələri gecə saatlarında pilotsuz uçuş aparatlarından istifadə etməklə bir-birinə qarşılıqlı endiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hər iki tərəfdən yaralananlar var.

Rusiya Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Kursk vilayəti üzərində 93 Ukrayna pilotsuz uçan aparatını ələ keçirdiyini bildirib.

Daha dörd pilotsuz təyyarə Rostov vilayəti, ikisi isə Belqorod vilayəti üzərində səmada vurulub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl Rostov vilayətinin hakimiyyət orqanları Taqanroq şəhərinin də pilotsuz təyyarələrin hücumuna məruz qaldığını bildirmişdilər. İki çoxmərtəbəli binasına ziyan dəyib. İlkin məlumata görə, 2 nəfər xəsarət alıb, ölən yoxdur.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət gecə saatlarında Xarkovun Rusiya pilotsuz təyyarələrinin kütləvi zərbələrinə məruz qaldığını bildirib. İki mülki obyektə ziyan dəyib, yanğınlar başlayıb. 3-ü uşaq olmaqla 8 nəfər xəsarət alıb. Yaxınlıqdakı yaşayış binalarına da ziyan dəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax