Operativ Məlumat Mərkəzi

Rusiya və İran Xəzərdə birgə hərbi təlimə başlayır

2 dəq
Paylaş:
Rusiya və İran Xəzərdə birgə hərbi təlimə başlayır

Bu gün və İran hərbi dəniz qüvvələri " -2025" (CASAREX 2025) kod adlı dəniz xilasetmə təlimlərinə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.

Məlumata görə, bu məqsədlə Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisi İran Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən (CASAREX-2025) birgə xilasetmə və dəniz təhlükəsizliyi təlimlərinin ümumi zonasına daxil olub.

Bildirilib ki, Rusiyanın “SB738” gəmisini İranın Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılayıb.

İnformasiyaya əsasən, təlimlər iyulun 21-də Xəzər dənizində başlayacaq və üç gün davam edəcək.

Hərbi tədbir İran HDQ-nin şimal donanmasının bazasında "Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə" devizi altında keçirilir.

Təlimlərə İran HDQ, İslam İnqilabı Keşikçiləri Qvardiyası (Sepah), İran hüquq-mühafizə orqanları komandanlığı və Rusiya HDQ-nin hərbi qulluqçuları, həmçinin bir sıra Xəzəryanı dövlətlərdən müşahidəçilər qatılacaq.

Xilasetmə təlimlərinin məqsədi dənizdə səviyyəsinin artırılması və Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax