Operativ Məlumat Mərkəzi

Rusiya Ukraynanın 200 min kvadrat kilometrlik ərazisini minalayıb

1 dəq
Paylaş:
Rusiya Ukraynanın 200 min kvadrat kilometrlik ərazisini minalayıb

Ukraynanın 200 min ərazisini minalayıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Ukrayna ordusunun cəbhədə yavaş irəliləməsinin əsas səbəblərindən biri budur: “Biz ən uyğun bildiyimiz formada irəliləyəcəyik”.

V.Zelenski həmçinin qeyd edib ki, NATO-nun zəmanəti rəsmi Kiyev üçün vacibdir: “Amma Alyansa üzvlük bizim üçün son məqsəddir”.

Dövlət başçısının sözlərinə görə, qələbə Ukrayna üçün zəruridir: “İşğalçılıq siyasəti davam edərsə, Rusiyada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, biz danışıqlar masasına oturmayacağıq. Biz müharibənin dondurulmasına razı olmayacağıq”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax