Əsas məzmuna keç

Rusiya MN növbəti dəfə Kupyanskın nəzarətə götürülməsinə dair məlumat yayıb

Rusiya MN növbəti dəfə Kupyanskın nəzarətə götürülməsinə dair məlumat yayıb

bu barədə TASS məlumat yayıb. Məlumatda Ukraynanın Kupyansk şəhərinin ““Qərb” qoşunları qruplaşmasının 6-cı Birləşmiş Qvardiya bölmələrinin nəzarəti...

növbəti dəfə Kupyanskın nəzarətə götürülməsinə dair məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda Ukraynanın Kupyansk şəhərinin ““Qərb” qoşunları qruplaşmasının 6-cı Birləşmiş Qvardiya bölmələrinin nəzarəti altında olduğu” bildirilir.

Adı açıqlanmayan bölük komandirinin sözlərinə görə, Rusiya hərbçiləri “Kupyanskda binaları və zirzəmiləri Silahlı Qüvvələrinin ayrı-ayrı qruplarından təmizləyir”.

Rusiya Müdafiə Nazirliyinin açıqlaması dekabrın 24-də Ukrayna ordusunun Kupyanska nəzarəti bərpa etdiyinə dair məlumatlardan sonra yayılıb.

Qeyd edək ki, noyabrın 20-də Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Kupyanskın Rusiya qoşunları tərəfindən ələ keçirildiyini bildirib. Qısa müddət sonra Rusiya Prezidenti Vladimir bu məlumatı təsdiqləyib. Lakin dekabrda Ukrayna Prezidenti Volodimir Zelenski Kupyanskın girişindən videosunu paylaşıb. Putin bir daha ilin yekunlarına dair konfransında şəhərin Rusiyanın nəzarəti altında olduğunu bildirib və Zelenskinin videosunu saxta adlandırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…