Əsas məzmuna keç

Rusiya mətbuatı seçicilərin seçki ilə bağlı fikirlərini öyrənib

Rusiya mətbuatı seçicilərin seçki ilə bağlı fikirlərini öyrənib

bu barədə “News.ru” paytaxt sakinləri arasında sorğu keçirib. “Bu tarixi anı yaşamaqdan qürur duyuram. Mən bu xoşbəxtliyi (Azərbaycanın ərazi...

Rusiyanın “News.ru” yazır ki, Azərbaycanda bir çox seçici İlham Əliyevə səs verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “News.ru” paytaxt sakinləri arasında sorğu keçirib.

“Bu tarixi anı yaşamaqdan qürur duyuram. Mən bu xoşbəxtliyi (Azərbaycanın bütövlüyünün bərpası) yaşamaq imkanını bizə verdiyi üçün indiki prezidentimiz İlham Əliyevə çox minnətdaram”, - bu barədə sakini Amilə Kəngərlinski nəşrə deyib.

Seçicilər seçkilərdə iştirakın zəruriliyinə qəti şəkildə əmindirlər və bunu öz borcları adlandırırlar. Onlar İlham Əliyevə səs vermə səbəbini açıqlayarkən qeyd ediblər ki, onu Azərbaycanın qəhrəmanı adlandırmaq olar.

“Mən İlham Əliyevə ona görə səs verdim ki, o, bizim qəhrəmanımızdır, torpaqlarımızı azad edib. O, qarşıya qoyulan bütün məqsəsdlərə çatıb. Biz prezidentimizi sevirik”, - bunu “News.ru”ya açıqlamasında yerli sakin Nərminə deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…