Əsas məzmuna keç

Rusiya İstintaq Komitəsinin rəhbəri Kamran Əliyevlə təyyarə qəzasını müzakirə edib

Rusiya İstintaq Komitəsinin rəhbəri Kamran Əliyevlə təyyarə qəzasını müzakirə edib

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin və Azərbaycanın Baş prokuroru Kamran Əliyev Aktauda baş təyyarə qəzasının birgə təhqiqatında prioritet vəzifələri ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

"Rusiya İstintaq Komitəsinin rəhbərinin Azərbaycanın Baş prokuroru ilə olub. Danışıq zamanı tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyən edib, gələcək hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər", - qurumun məlumatında bildirilib.

Məlumata görə, rusiyalı müstəntiq və kriminalistlərin və Qazaxıstanın istintaq-əməliyyat qruplarından olan həmkarları ilə hərtərəfli qarşılıqlı əlaqəsi barədə fikir mübadiləsi aparılıb.

"Rusiya tərəfindən İstintaq Komitəsinin mərkəzi aparatının aviasiya hadisələrinin təhqiqatı sahəsində ən təcrübəli, müasir kriminalistik texnika ilə təchiz edilmiş əməkdaşları işə cəlb olunub", - məlumatda qeyd olunub.

A.Bastırkin bildirib ki, baş vermiş faciənin bütün səbəb və hallarının müəyyən edilməsi məqsədilə hərəkətləri kompleksi həyata keçirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…