Operativ Məlumat Mərkəzi

Rusiya dünyada ilk pilotsuz təlim gəmisini hazırlayıb

2 dəq
Paylaş:
Rusiya dünyada ilk pilotsuz təlim gəmisini hazırlayıb

Rusiyada dünyada ilk pilotsuz gəmisi (UTC) “” hazırlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İzvestiya” Sakit Okean Ali Dəniz Məktəbinin (TOVVMU) nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qayıq sadələşdirilmiş idarəetmə vasitələri ilə edilib və onun xüsusiyyətləri katerləri ilə müqayisədə azaldılıb, eyni zamanda, “Makarovets” bir sıra təlim və döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.

O, müxtəlif faydalı yük modullarının sınaqdan keçirilməsi üçün platforma rolunu oynaya bilir; kiçik ölçülü səth hədəfi kimi çıxış edə, yəni düşmənin pilotsuz qayıqlarını imitasiya edə və pilotsuz mina kəşfiyyat gəmisinin tapşırıqlarını yerinə yetirə bilir.

Qurğu hava və sualtı dronları, həmçinin döyüş atəşi modulunu daşımaq qabiliyyətinə malikdir. Mütəxəssislərin fikrincə, belə qayıqlar həm kursantların hazırlanmasında, həm də dəniz qüvvələrinin hazırlanmasında faydalı olacaq.

“Makarovets”in uçuş məsafəsi 10 km, maksimal sürəti on düyündür. Hərəkət sistemi kimi iki elektrik mühərriki istifadə olunur. Məhsul radio rabitəsi və Wi-Fi ilə təchiz edilmişdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax