Operativ Məlumat Mərkəzi

Rusiya Baş naziri İrəvanda səfərdədir

2 dəq
Paylaş:
Rusiya Baş naziri İrəvanda səfərdədir
o, oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək. Qeyd olunur ki, sabah...

Rusiyanın Mixail Mişustin İrandan Ermənistana səfərə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Qeyd olunur ki, sabah Avrasiya Hökumətlərarası Şuranın iclası zamanı Rusiya, , Belarus, Qazaxıstan və Qırğızıstanın başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari vəzifələrini müzakirə edəcəklər.

Tədbir zamanı tərəflər daxili bazarın fəaliyyətini, sənaye, , gömrük-tarif, kənd təsərrüfatı və energetika sektorlarında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, həmçinin 2030-cu ilə qədər təşkilat çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyanın hökumət başçısı bu gün səhər İrana rəsmi səfər etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax