Operativ Məlumat Mərkəzi

Rusiya aktivlərinin müsadirəsi nəticəsində Aİ-yə dəyən zərərin məbləği açıqlandı

1 dəq
Paylaş:
Rusiya aktivlərinin müsadirəsi nəticəsində Aİ-yə dəyən zərərin məbləği açıqlandı

Əgər Avropa ölkələri aktivlərini müsadirə edərsə, bu, onların Rusiya iqtisadiyyatına qoyduğu ən azı 266 milyard dollar həcmində investisiyanın itirilməsinə səbəb ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,bu barədə Rusiya Dövlət İnformasiya Agentliyi RİA milli statistika xidmətlərinin məlumatlarına əsaslanaraq məlumat yayıb.

Hazırda Avropa İttifaqı Rusiyaya dondurulmuş aktivlər hesabına Ukraynaya kredit verilməsi imkanını müzakirə edir. Lakin bu məsələ ilə bağlı vahid mövqe yoxdur. Belçika və Fransa kimi bəzi ölkələr təşəbbüsün maliyyə sisteminə mümkün mənfi təsirlərindən ehtiyat edərək, bu addıma qarşı çıxırlar.

RİA Novosti-nin məlumatına görə, Rusiyanın təxminən 236 milyard dollar dəyərindəki aktivləri Avropa yurisdiksiyalarında dondurulub. Bu məbləğin böyük hissəsi — 228 milyard dolları — Belçikada Euroclear depozitarında saxlanılır. İsveçrə isə Rusiyaya məxsus 8,4 milyard dollarlıq aktivləri dondurub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax