Operativ Məlumat Mərkəzi

Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi

2 dəq
Paylaş:
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi

Bu gün saat 11:00-dan etibarən rus bölməsi üzrə birinci siniflərə qəbul çərçivəsində məktəb və müəllim mərhələsinə verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbəqədər və Ümumi üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 25 iyun 2025-ci il saat 18:00-a qədər Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül Orta İxtisas Musiqi Məktəbinin rus bölməsi üzrə birinci siniflərinə qəbul üçün müsabiqəyə yazılma prosesi davam edəcək.

Bununla yanaşı, 25 iyun saat 18:00-a qədər İ. Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T. Həsənov adına 23 nömrəli tam , 132–134 nömrəli Təhsil Kompleksi, T. İsmayılov adına 6 nömrəli məktəb-lisey və “Zəngi” liseyinin rus bölməsi üzrə seçim prosesi aparılacaq.

Qeyd edək ki, bu məktəblərə prioritetlərə uyğun üstünlüyü olan uşaqlar üçün məktəb seçimi, prioritetə malik olmayan uşaqlar üçün isə qəbul üzrə müsabiqəyə qeydiyyat prosesi həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax