Operativ Məlumat Mərkəzi

Rumıniyanın Prezidenti Azərbaycan liderini təbrik edib

2 dəq
Paylaş:
Rumıniyanın Prezidenti Azərbaycan liderini təbrik edib

Rumıniyanın Prezidenti Klaus Verner İohannis İlham Əliyevi təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin xəbərinə görə, məktubda deyilir:

"Cənab !

Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd olunması mənə Sizə və xalqına səmimi təbriklərimi, rifah və əmin-amanlıq arzularımı çatdırmaq imkanı verir.

arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir. Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır. Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla bağlı razılığa gəlmək baxımından çox gözəl fürsət oldu. Səmimi qarşılanmaya və Zati-alinizlə ətraflı müzakirələrə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Əminəm ki, biz həm strateji tərəfdaşlıq çərçivəsində mövcud imkanlardan yararlanmaqla, həm də enerji və kimi sahələrdə regional layihələri inkişaf etdirməklə inkişaf üçün mövcud potensialı istiqamətləndirə və gücləndirə biləcəyik.

Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcəkdir.

Cənab Prezident, xahiş edirəm, Sizə olan ən dərin ehtiramımı qəbul edəsiniz".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax