Operativ Məlumat Mərkəzi

Rumıniya və Bolqarıstanda NATO təlimləri başlayır

2 dəq
Paylaş:
Rumıniya və Bolqarıstanda NATO təlimləri başlayır

Rumıniya və Bolqarıstanda NATO-nun çoxmillətli “Dacian Fall 2025” adlı genişmiqyaslı hərbi təlimi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Təlimlərdə 10 üzv ölkədən - Belçika, , İspaniya, İtaliya, , Polşa, Portuqaliya, Rumıniya, Şimali Makedoniya və Fransadan 5000-dən çox hərbçi və 1200 ədəd hərbi texnika iştirak edir.

Manevrlər oktyabrın 23-dən noyabrın 1-dək davam edəcək və Rumıniya ilə Bolqarıstandakı NATO qruplarının briqada səviyyəsinə qədər genişləndirilməsi prosesində son mərhələ sayılır.

Cənub-Şərq Çoxmillətli Diviziya Komandanlığının planlaşdırdığı təlimlərin əsas məqsədi, şərq cinahda NATO qüvvələrinin inteqrasiyasını və birgə imkanlarını gücləndirməkdir.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, Cənub-Şərq Diviziyası 2015-ci ildə yaradılıb və onun missiyası Rumıniya və Bolqarıstan ərazilərində kollektiv müdafiə əməliyyatlarını əlaqələndirməkdir.

Xatırladaq ki, Rumıniyada NATO-nun İrəli Quru Qoşunlarının Döyüş Qrupu (FLBG) 2022-ci ildə Ukraynadakı münaqişə fonunda qurulub və hazırda Fransa, Belçika, Lüksemburq və İspaniyadan təxminən 1700 əsgər burada xidmət edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax