Operativ Məlumat Mərkəzi

R.Sadıqov: Təəssüflər olsun ki, qırmızı vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi

2 dəq
Paylaş:
R.Sadıqov: Təəssüflər olsun ki, qırmızı vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi

“Oyunu iki hissəyə bölərdim. Birinci yarıda yaxşı mübarizə apardıq. olsun ki, vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi. Lakin futbolçularım sonadək mübarizə apardılar. İki qolu da hava toplarından buraxdıq. Bunun üzərində işləməliyik”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri “Zirə” komandasının Rəşad UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində doğma meydanda “Şerif”ə penaltilər seriyasında (4:5) məğlub olduqları oyundan sonra təşkil olunan konfransında deyib.

O, hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Bu barədə çox danışmaq istəmirəm. Hər kəs hakimin qərarlarını gördü”.

Mütəxəssis qırmızı vərəqə alan Salifu Sumanın cəzalandırılacağını söyləyib: “Həmin epizoda baxacağıq. Əgər lazımsız yerə qırmızı vərəqə görübsə, cəzasını alacaq”.

Qeyd edək ki, “Zirə” mübarizəsinə UEFA Avropa Konfrans Liqasında davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax