Operativ Məlumat Mərkəzi

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib - 13.08.2023

1 dəq
Paylaş:
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib - 13.08.2023

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 13-də ali təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini ( fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"ə DİM-dən bildirilib.

İmtahanın olunması üçün 5 ümumi rəhbəri, 13 imtahan rəhbəri, 88 zal nəzarətçisi, 14 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 934 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 898, Naxçıvan şəhərində isə 36 namizədin imtahan verəcəyi gözlənilirdi.

Avqustun 14-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax