Operativ Məlumat Mərkəzi

Rəsmi Bakı: Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl addımlar atılır

2 dəq
Paylaş:
Rəsmi Bakı: Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl addımlar atılır

Respublikasının nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə öhdəliklər müzakirə olunub.

E.Məmmədovun qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün , sistemli və intensiv şəkildə atılan , eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax