Operativ Məlumat Mərkəzi

Rəsmi Bakı Ermənistan və Fransada Azərbaycanla Türkiyə bayraqlarının yandırılmasını pisləyir

2 dəq
Paylaş:
Rəsmi Bakı Ermənistan və Fransada Azərbaycanla Türkiyə bayraqlarının yandırılmasını pisləyir

ATƏT-in Minsk Qrupunun ləğvi və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi istiqamətində rəsmi İrəvandan müvafiq addımların atılması gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu naziri Avropa İttifaqının xarici işlər və siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur. Eyni zamanda, Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi hələ də qalmaqdadır: “Revanşist meyillər demişkən, bu günlərdə İrəvanda yürüş zamanı və Türkiyə bayraqlarının yandırılması faktlarına nəzər salmaq istərdim. Eyni hadisə təəssüf ki, dünən Fransada da baş verib. Adları çəkilən ölkələrin müvafiq strukturları başqa bir ölkənin atributlarının yandırılmasını cinayət əməli kimi qiymətləndirmək üçün ciddi addımlar atmalıdır. Bizim gözləntimiz bundan ibarətdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax