Operativ Məlumat Mərkəzi

Rəsmi Bakı Azərbaycan bayrağının yandırılmasını pisləyib

1 dəq
Paylaş:
Rəsmi Bakı Azərbaycan bayrağının yandırılmasını pisləyib

Rəsmi Bakı aprelin 23-də Ermənistanın paytaxtı İrəvanda “məşəl ” zamanı, habelə ötən gün Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı bayrağının yandırılmasını qətiyyətlə pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq tədbirləri görməli idi:

"Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir. Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar səviyyədə pislənməli və qarşısı alınmalıdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax