Əsas məzmuna keç

Rəşad Dağlının işini araşdıracaq hakim məlum olub

Rəşad Dağlının işini araşdıracaq hakim məlum olub

meyxanaçının işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq. Hazırlıq iclası yaxın günlərdə...

Qonşusunu yetirməkdə olunan meyxanaçı Dağlının (Əmirov) icraata verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, meyxanaçının işi Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Hadisə ötən il Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…