Operativ Məlumat Mərkəzi

Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib

1 dəq
Paylaş:
Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib
Azərbaycanın tanınmış həndbolçusu Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib. Azərbaycan Həndbol Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Azərbaycanın tanınmış həndbolçusu Rəfiqə Şabanova Fəxri Fərmanla edilib.

Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, olimpiya çempionu 80 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşdə buna layiq görülüb.

S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona can sağlığı arzulayıb. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Rəfiqə Şabanova SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. O, 1983-cü ildə Həndbol Federasiyası Kubokunu qazanıb. Dəfələrlə SSRİ çempionatının gümüş və bürünc mükafatçısı olan R.Şabanova SSRİ Xalqlarının Spartakiadasının gümüş medallarını da qazanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax