Əsas məzmuna keç

Ramazan bayramı ilə bağlı bölgələrə əlavə qatar reysləri təyin edilir

Ramazan bayramı ilə bağlı bölgələrə əlavə qatar reysləri təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ramazan bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı–Ağstafa–Bakı və...

Dəmir Yolları” QSC (ADY) ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə reyslər təyin edib.

ADY-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli sürət sərnişin 10 və 11 aprel tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 18:00-da, 12 aprel tarixində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 15:00-da, 12 və 13 aprel tarixlərində saat 23:55-də Bakıdan Ağstafaya, əks istiqamətə isə 13 və 14 aprel tarixlərində saat 15:00-da yola düşəcək.

Bununla yanaşı, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.

Bayram günlərində dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…