Əsas məzmuna keç

Ralf Ranqnik: Azərbaycan millisi ilə oyunda qələbəyə fokuslanmışdıq

Ralf Ranqnik: Azərbaycan millisi ilə oyunda qələbəyə fokuslanmışdıq

bu sözləri qonaq komandanın baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan-Avstriya (0:1) oyunundan sonra təşkil olunan mətbuat...

Azərbaycanla matç asan keçmədi. Amma hazır gəlmişdik. Rəqibin nəyə qadir olduğunu bilirdik, ona görə də çətin oyunun gözlədiyinin fərqində idik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri qonaq komandanın Ralf AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan-Avstriya (0:1) oyunundan sonra təşkil olunan konfransında deyib.

Almaniyalı mütəxəssis millisini yaxşı analiz etdiyini bildirib: "Rəqibin son iki oyununu izləmişdik. Onlar bugünkü oyunda da yaxşı müdafiə olundular. Açığı, ilk hissədə toparlana bilmirdik. Bu oyunda da Belçika millisi ilə matçda etdiyimiz səhvləri təkrarladıq. İkinci hissədə də rəqibdən yaxşı oynadığımızı deyə bilmərəm. Komandanın üzvlərinə tapşırmışdım ki, heç olmasa bir qol vurmalıyıq. İstəyimizə nail olduq".

O, Azərbaycan millisi ilə oyunda qələbəyə fokuslandıqlarını qeyd edib: "Bizi bu qələbə arxayınlaşdırmamalıdır. Əksinə, daha da qabağa getməliyik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…