Operativ Məlumat Mərkəzi

Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb

1 dəq
Paylaş:
Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb

Əllərdə qanunsuz odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba Rayon Polis Şöbəsi tərəfindən -axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb.

Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı , 1 ədəd patron darağı və 5 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də başlanılıb və məhkəmənin qərarı ilə Ədalət Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax