Əsas məzmuna keç

Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb

Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə...

Əllərdə qanunsuz odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba Rayon Polis Şöbəsi tərəfindən -axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb.

Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı , 1 ədəd patron darağı və 5 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də başlanılıb və məhkəmənin qərarı ilə Ədalət Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…