Operativ Məlumat Mərkəzi

Qubada ictimai yerlərdə kibermaarifləndirmə lövhələri quraşdırılıb

1 dəq
Paylaş:
Qubada ictimai yerlərdə kibermaarifləndirmə lövhələri quraşdırılıb

Quba polisi tərəfindən iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşların kibermaarifləndirilməsi məqsədi ilə məlumatverici quraşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Quba Rayon Şöbəsi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyyə edir.

Quraşdırılan lövhəciklərdə dələduzlar tərəfindən ən çox istifadə edilən barədə ətraflı məlumat yerləşdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax