Əsas məzmuna keç

Qubada avtomobillərdən oğurluq edən şəxsdən narkotik aşkarlanıb

Qubada avtomobillərdən oğurluq edən şəxsdən narkotik aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən silsilə oğurluq hadisələrinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər. Bu...

Quba Rayon Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən silsilə hadisələrinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətinin Quba regional qrupundan məlumat verilib.

Daxil olan müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakin Elvin Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin Quba rayonu ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tanımadığı şəxsə məxsus tövlədən 6 baş xırdabuynuzlu heyvanı oğurlaması müəyyən edilib.

Həmçinin, saxlanıldıqda E.Məmmədovun üzərindən olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də başlanılıb və məhkəmənin qərarı ilə Elvin Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…