Əsas məzmuna keç

Qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş və Daxili İşlər Nazirliyinin xidmətləri birgə məlumat yayıb.

Qeyd olunub ki, iyunun 29-da Samux rayonu, Burunqovaq kənd sakini 1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması ilə bağlı Samux Rayon Prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə zərərçəkmiş Yahuzə Bəkirovanın həmkəndlisi 1987-ci il təvəllüdlü Arzu Alıyev tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı qəsdən öldürülməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, A.Alıyev saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…