Operativ Məlumat Mərkəzi

Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

1 dəq
Paylaş:
Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

Mayın 13-də Xızı rayon sakini 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın öldürülməsi faktına görə rayon prokurorluğunda cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Xidmətindən məlumat verilib.

İbtidai istintaqla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun rayonun Giləzi qəsəbəsində evlərin birində aralarında yaranmış mübahisə zamanı qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Taleh Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax