Operativ Məlumat Mərkəzi

Qobuda qonşusunu öldürməkdə şübhəli bilnən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Qobuda qonşusunu öldürməkdə şübhəli bilnən şəxs saxlanılıb

Avqustun 4-də rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanaraq istintaq aparılır. Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax