Operativ Məlumat Mərkəzi

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

2 dəq
Paylaş:
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana dövlət səfərinə gələn Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.

Sadır Japarov əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax