Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24.04.2024 11:18
Aa
dəq

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edir.

Bildirilib ki, aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov Prezident İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər.

Bundan başqa, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi planlaşdırılır. Bundan sonra ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanacaq.

Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində də iştirak edəcəklər.

Həftənin ən çox oxunanları

Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib
DAVAMIN OXU davamın oxu

XİN başçılarının Almatı görüşünün vaxtı açıqlanıb

XİN başçılarının Almatı görüşünün vaxtı açıqlanıb
DAVAMIN OXU davamın oxu

COP29 zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər

COP29 zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov İƏT-in sammitində çıxış edib

Ceyhun Bayramov İƏT-in sammitində çıxış edib
DAVAMIN OXU davamın oxu