Operativ Məlumat Mərkəzi

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

2 dəq
Paylaş:
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Respublikasına dövlət səfərinə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Onu 11 nazirdən ibarət müşayiət edir.

Bildirilib ki, aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov Prezident İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər.

Bundan başqa, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi planlaşdırılır. Bundan sonra ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanacaq.

Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində də iştirak edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax