Qəzza Bələdiyyəsinin sözçüsü Hüsnü Mehna İsrailin aclıq və susuzluğa səbəb olduğu Qəzzada humanitar böhranın şiddətləndiyini və adambaşına düşən suyun miqdarının 90 litrdən 2 litrə endiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qəzza şəhəri və şimal bölgələrinə gələn yardımın çox əhəmiyyətli, lakin qeyri-kafi olduğunu ifadə edən Mehna, "Humanitar böhranın dəhşətli şəkildə şiddətlənməyə davam edəcəyi təqdirdə Qəzzanın şimalında aclıq və susuzluqdan ölümlərin artacağı ilə bağlı xəbərdarlıq edirik",- deyə qeyd edib.
Qəzzada adambaşına düşən suyun miqdarı 90 litrdən 2 litrə enib
1 dəq