Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər. Qeyd edilən şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq. Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.
Qeyri-formal məşğulluq Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək - 29.12.2025
2 dəq
Oxşar xəbərlər
Eyni mövzuda
Maliyyə
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək - 21.11.2025
Maliyyə
Mülkiyyətindəki torpaqlarda çalışanlar üçün yeni sosial sığorta haqları müəyyənləşir
Maliyyə
Qeyri-neft-qaz sektorunda 2500 manatdan çox əməkhaqqı alanlar üçün icbari tibbi sığorta haqqı dəyişir - 29.12.2025
Maliyyə
Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciətlər sadələşdirilib
Daha çox: Maliyyə
Maliyyə
Naxçıvanın büdcəsi təsdiq edilib
Maliyyə
Azərbaycanın Pakistana 2 milyard dollar həcmində investisiya mexanizmi müzakirə olunub
Maliyyə
Reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumundan və aksizdən azad edilmə müddəti uzadılıb
Maliyyə