Operativ Məlumat Mərkəzi

Qətər və Türkiyə Trampın Ukrayna üçün yeni sülh planının hazırlanmasında iştirak edir

2 dəq
Paylaş:
Qətər və Türkiyə Trampın Ukrayna üçün yeni sülh planının hazırlanmasında iştirak edir

Qətər və ABŞ-nin münaqişəsinin həlli üçün hazırladığı yeni sülh planında iştirak edir və Vaşinqtonun səylərini dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" nəşrinə mənbələr məlumat verib.

Mənbə bildirib ki, Qətər və Türkiyənin vasitəçi kimi rolu Qəzzadakı müharibənin dayanmasına töhfə verib və analoji rol Ukrayna münaqişəsinin bitməsində də həlledici ola bilər.

Məlumata əsasən, ötən həftə sonu Qətərin yüksək vəzifəli rəsmisi ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkov və Ukraynanın milli müşaviri Rüstəm Umerov arasında keçirilən danışıqlarda iştirak edib.

Mənbələrdən biri qeyd edib ki, Vladimir Zelenski Umerova Vitkovla danışıqlar aparmaq üçün rəsmi səlahiyyət verib və görüşlər zamanı bir sıra razılaşmalar əldə olunub.

Nəşrin iddiasına görə, Ukrayna rəsmisi ilə görüşdən əvvəl Vitkov Rusiya elçisi Kirill Dmitriyevlə də planın detalları barədə ətraflı müzakirələr aparıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax