Operativ Məlumat Mərkəzi

Qətər əmiri və müavini Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

2 dəq
Paylaş:
Qətər əmiri və müavini Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

Dövlətinin Şeyx Təmim bin Al Tani İlham Əliyevə başsağlığı ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığında deyilir:

“Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Dünyasını dəyişənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!”

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Prezident İlham Əliyevə başsağlığı göndərib.

Başsağlığında deyilir:

“Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar Zati-alinizə və həyatını itirənlərin ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Həlak olanlara Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!”

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax