Operativ Məlumat Mərkəzi

Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq müstəvidə görülən işlər açıqlanıb

2 dəq
Paylaş:
Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq müstəvidə görülən işlər açıqlanıb

İcması cari ildə BMT, Avropa İttifaqı, UNESCO daxil olmaqla bir çox təşkilatlara müraciət ünvanlayıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu icmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cari ilin yanvar ayında Qərbi İcması Konsepsiyasını təsdiqləyib: “Bizim qayıdış hüququmuza beynəlxalq dəstəyin əldə edilməsi məqsədilə xarici dövlətlərə, BMT, Avropa İttifaqı, UNESCO daxil olmaqla beynəlxalq təşkilatlara müraciətlər göndərib.

İcmamızın Qayıdış Konsepsiyası və digər mühüm sənədləri BMT-nin əsas orqanlarının rəsmi sənədləri kimi yayılmışdır. Bütün bunlar bizim insan hüquqları gündəliyimizi daha fəal şəkildə irəlilətməyə dair inamımızı artırır”.

Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan İcması BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, UNESCO, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığı daxil olmaqla, beynəlxalq aləmdə insan hüquqları və humanitar məsələlər sahəsində bütün mötəbər qurumlarla dialoq və qurub. İcmamızın nümayəndələri Avropa Şurasının Demokratiya Forumunda, UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumunda, BMT-nin Azlıqların Məsələləri üzrə Forumunda iştirakları bu sahədə uğurlarımıza dair bir neçə misaldır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax