Operativ Məlumat Mərkəzi

Qərbi Azərbaycan İcması Samanta Pauerə cavab verib

2 dəq
Paylaş:
Qərbi Azərbaycan İcması Samanta Pauerə cavab verib

"Son ABŞ Azərbaycana qarşı səlib yürüşünə çıxmışdır. Bu dəfə ermənidən çox olmasıyla bütün dünyada məşhur olan Samanta Pauer xüsusi “” göstərmişdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İcmasının bəyanatda deyilir.

"Yerli amerikanları kütləvi surətdə qıran, lakin buna görə heç utanmayan bir ölkənin rəsmisinin indi gəlib Azərbaycanı “məcburi köçürülmə”də ittiham etməsi ikrah doğurur.

“ABŞ Qarabağdan olan etnik ermənilərlədir”, deyən S.Pauerdən soruşuruq: Bəs Ermənistandan deportasiya edilmiş azərbaycanlılarla nə vaxt bir yerdə olacaqsınız?! 4 min azərbaycanlı itkin düşmüş şəxsin taleyi ilə bağlı nə vaxt narahatlığınızı bildirəcəksiniz?! Azərbaycandakı mina qurbanları ilə nə vaxt həmrəylik ifadə edəcəksiniz?!

Aydındır, səlibçi mentalitetinizə görə bunu heç vaxt etməyəcəksiniz. Buna görə də, sizin və rəhbərlik etdiyiniz, adında “yardım” sözü olan, amma müxtəlif ölkələrdə dağıdıcı fəaliyyətlə məşğul olan USAID adlanan təşkilatın mühazirələrinə ehtiyacımız yoxdur", - bəyanatda bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax