Operativ Məlumat Mərkəzi

Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfirinə cavab verib

2 dəq
Paylaş:
Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfirinə cavab verib

Fransanın Ermənistandakı səfiri əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, ksenofob tvitlər və açıqlamalarla öz aləmində guya Azərbaycanı “sancdığını”düşünən fransız səfirin yanaşması sadəcə gülüş doğurur:

“Bu ştatlı Azərbaycanofob özünü belə yolla cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Görünür, fransız səfir ölkəsinin bir neçə aydır ki BMT Şurasında Azərbaycana qarşı sənəd qəbul etdirə bilməməsinin acığını və qəzəbini belə düşük tvitlər yazmaqla çıxmağa çalışır”.

“Səlibçi mentalitetli səfir başa düşməlidir ki, o, Ermənistanda akkreditə olunub və başqa ölkənin-Azərbaycanın suverenliyinə aid məsələlərə baş qoşmamalıdır. O, səfir kimi məhz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasının, təhqir olunmasının, Göy Məscid kimi təhrif edilməsinin yolverilməz olmasından danışmalıdır. Lakin etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya, islamofobiya, buna imkan vermir”, - Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax