Operativ Məlumat Mərkəzi

Qərbi Azərbaycan İcması bəyanat yayıb - 10.08.2023 11:15

2 dəq
Paylaş:
Qərbi Azərbaycan İcması bəyanat yayıb - 10.08.2023 11:15

İcması yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bəyanatda deyilir:

"Qərbi İcması son günlər Ermənistanda özlərinə “Səlibçilər” adı vermiş bir qrup caninin İrəvanın mərkəzində “Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin” tələbi ilə aksiya keçirməsini, daha sonra həmin şəxslərin Azərbaycanın məcburi köçkünlərin yenicə qayıtmağa başladığı Laçın rayonu istiqamətində sərhəddə gələrək təxribat törətmək barədə açıqlamalarını pisləyir.

Qərbi Azərbaycan İcması hesab edir ki, keçən il revanşist müxalifətinin minlərlə insanın iştirakı ilə “Türksüz Ermənistan” şüarı ilə İrəvanda keçirdiyi irqçi aksiyalara ictimaiyyət tərəfindən lazımi reaksiya verilsəydi, bu gün Ermənistanda bəlkə də belə əməllər təkrarlanmazdı.

Qərbi Azərbaycan İcması Ermənistan cəmiyyətində revanşistlərin keçmiş münaqişəyə dini rəng verməsini yolverilməz hesab edir və beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni, onun xüsusi məruzəçilərini, Avropa İttifaqını, onun Ermənistandakı Missiyasını, Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə tez-tez səfər edən ölkələrin səfirlərini, Avropa Şurasını, beynəlxalq qeyri-hökumət təşkilatlarını bu kimi təxribatçı, ksenofob, Azərbaycanafob əməlləri pisləməyə çağırır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qərbi Azərbaycan

Hamısına bax