Operativ Məlumat Mərkəzi

Qənirə Paşayeva: "Məktəbə yaxın ərazilərdə siqaretlərin satışı qadağan edilməlidir"

2 dəq
Paylaş:
Qənirə Paşayeva: "Məktəbə yaxın ərazilərdə siqaretlərin satışı qadağan edilməlidir"
bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O, eyni zamanda şəhid ailələri və...

“İctimai yerlərdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, məktəbə yaxın ərazilərdə satışının edilməsi və s. məsələlərlə əlaqəli qanunun icrası ilə bağlı heç bir ciddi addımlar atılmayıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin mayın 31-də keçirilən plenar iclasında zamanı deyib.

O, eyni zamanda ailələri və qazilərin iş və mənzillə təminatı məsələsinə də toxunub: “Bu yaxınlarda Kəlbəcərdən olan şəhid həkimin ailə mənə müraciət etmişdi ki, ev təminatı ilə bağlı imtiyazlarından yararlana bilmirlər. Bildirirlər ki, onlara Kəlbəcərdə tikiləcək evlərdən verəcəklər. Onsuz da bir kəlbəcərli kimi, ata yurdundan onlara ev düşür, amma həmin şəxslərin qeydiyyatı hazırda Bakıdadır və evlənəcək oğlu var. Həmin şəxs ev olmadığından evlənə bilmir. Bu kimi məsələləri həll etmək lazımdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax