Operativ Məlumat Mərkəzi

Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb

2 dəq
Paylaş:
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb

Baş Prokurorluğa çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

Bildirilib ki, o, barəsində açılmış üzrə bu gün bitmiş ibtidai istintaqla bağlı aktı ilə tanış olması üçün noyabrın 24-də Baş Prokurorluğun İstintaq Baş İdarəsinə çağırılır.

Ona öz seçdiyi müdafiəçi ilə idarəyə gəlməsi və digər hüquqları izah olunub, ittiham aktı ilə tanış olmaq üçün idarədə tam şərait yaradılacağı bildirilib.

Məlumata görə, Qənimət Zayidov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq , təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq qiyabi həbs qətimkan tədbiri seçilib.

Q.Zahid daha öncə - bu il oktyabrın 20-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılsa da, idarəyə getməyib.

İttihama görə, Qənimət Zahidov 4 iyul və 18 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax