Əsas məzmuna keç

Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib

Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib

burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan...

Azərbaycanda səfərdə olan Qazaxıstanın Baş naziri martın 3-də Bakıda parkını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…