Operativ Məlumat Mərkəzi

Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb - YENİLƏNİB-3

2 dəq
Paylaş:
Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb - YENİLƏNİB-3

Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

09:50

Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə " " ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.

08:37

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə "Arcelormittal Temirtau" şirkətinin xidməti məlumat yayıb.

Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir.

Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.

07:50

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-i səthə çıxarılıb. On bir şaxtaçının meyiti həyat əlaməti olmadan tapılıb. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib", - açıqlamada deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax