Operativ Məlumat Mərkəzi

Qazaxıstanda referendum keçirilir

2 dəq
Paylaş:
Qazaxıstanda referendum keçirilir

Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı ümumxalq səsverməsi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, oktyabrın 6-da səsvermə üçün ölkə daxilində 10 mindən çox, həmçinin xaricdə 70-dən artıq seçki məntəqəsi açılıb. Səsvermə hüququna malik 12 milyondan çox vətəndaş seçici siyahısına daxil edilib.

Prezidenti Kasım-Jomart Tokayev AES-in tikintisi ilə bağlı referendumda səs verib.

Səsvermə prosesini 30 xarici dövləti təmsil edən 177 müşahidəçi, eləcə də dörd böyük beynəlxalq təşkilatın – Müstəqil Dövlətlər Birliyi, , Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müşahidə missiyaları izləyir.

Bundan əlavə, referendumun gedişatını 37 ölkədən 200 media orqanının nümayəndələri izləyəcək.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 2-də xalqa müraciətində referendumun keçiriləcəyini elan edib.

Referendumda səsvermə hüququna malik Qazaxıstan vətəndaşlarının yarısından çoxu iştirak edərsə, etibarlı hesab olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax